ovçuluq təsərrüfatı

Təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyekti

ovçuluq
oyma emalatxanası
OBASTAN VİKİ
Ovçuluq
Ovçuluq — quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra — vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüOv obyekti qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləri olur. == Ovçuluğun növləri == Balıq və su canlıları ovu - Kürk ovçuluğu — kürkləri qiymətli heyvanların ovunu nəzərdə tutur. Məsələn, qunduz, porsuq, tülkü, vaşaq, canavar və s.; Boynuz (diş) ovçuluğu — fil, dağkeçisi, maral kimi heyvanların ovu nəzərdə tutulur; == Ovlanmanın növləri == Quş (qartal, şahin və s.) və ya it ilə ovlanma; Tələ ilə ovlanma == Ovçuluq resursları == Heyvanat aləmi resurslarının ovçuluq təsərrüfatında istifadə olunan hissəsi (həmçinin idman və rekreasiya ovu). == Ovçuluq təsərrüfatı == Heyvanların optimal sayını populyasiya səviyyəsində saxlamaq üçün maksimal miqdarda ov məhsulları almaq məqsədi ilə vəhşi heyvanların və quşların əldə olunmasını təmin edən təsərrüfat sistemi. O.t. vəhşi heyvan və quşların coğrafi və mösümi xüsusiyyətlərinin uçotu ilə yanaşı ov müddətləri və üsulları müəyyən etmişdir. Təhlükəli ov üsulları, çoxalma və balaların yemlənməsi dövründə faydalı heyvanların ovlanması və s. qadağan edilmişdir. Qiymətli vəhşi heyvan növlərini mühafizə edən və çoxaldan qoruqlar, qoruq-ovçuluq təsərrüfatları təşkil edilmişdir.
Azərbaycanda ovçuluq
Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illər bu sahəyə maraq daha da çoxalmışdır. Ovçuluq – quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Ov obyekti - qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləridir. Azərbaycan ərazisində ovlanmasına icazə verilən heyvan növləri aşağıdakılardır: · Dağıstan turu · Çöl donuzu · Dovşan · Bataqlıq qunduzu (nutriya) - Nutriya təsərrüfatları olan təşkilatlar · Cüllüt (qırıldayan cüllüt, ağquyruq çökükburun, kiçik kroşnep və çöl hamaquyruq cüllütü istisna olmaqla) · Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla) · Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmərcürə istisna olmaqla) · Qaşqaldaq · Alabaxta · Bildirçin Ovlanma vaxtı == Ovçuluq təsərrüfatları == Cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və onların sanitariya-mühafizə zonalarında ov fəaliyyətinin həyata keçirilməsi qadağandır.
Ovçuluq xalçaları
Ovçuluq xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Tarixi == Süjetli və mövzulu xalçaların toxunması qədim tarixə və çox zəngin ənənələrə malikdir. Bizim torpaqlarda sujetli xalçalar tarixən ölkənin cənubunda, Təbriz şəhərimizdə toxunub. Təbrizdə süjetli xalçaların istehsalının çoxalması XVI yüzilliyə təsadüf edir. Elə Təbriz Miniatur məktəbinin inkişaf dövrü də məhz bu dövrə aiddir. Tərixi araşdırmalar göstərir ki, bu məktəbin rəssamları miniatür rəngkarlığı ilə yanaşı həm də dekorativ sənətin bir çox növləri (bədii parça, memarlıq ornamentləri, zərgərlik nümunələri və s.) üçün eskiz və cizgilər hazırlayıblar Həmin rəssamlar eyni zamanda çox dəyərli, bədii xalçalar üçün bəzək və rəsmlər, müxtəlif ov, savaş, eşq və məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalar da yaradırdılar. Süjetli xalçalar başlıca olaraq şəkil kimi divardan asılmaqdan ötrü toxunurdu. Onların toxunmasında yüksək keyfiyyətli yun, zərif iplik istifadə edilirdi. Yüksək sıxlıq və zərif xov bu xalçaları fərqləndirən əsas amillərdən idi Sujetli xalçalara o zamanlar həm də "Ovçuluq" xalçaları deyilirdi. Səbəbi isə sadə idi.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. == Terminologiya == Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. == Tarix == === Xitaylar === Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Azərbaycan ovçuluq inancları
Azərbaycan ovçuluq inancları — azərbaycanlıların mifik inanclarına və adət-ənənələrinə görə ovçuluqla bağlı inanclar, ov zamanı icra edilən rituallar və s. == İnanclar == Azərbaycan türklərinin ovçuluq inancları ilə Sibir Altay türklərinin mərasim və inancları bir-birinə bənzərdir. Azərbaycan ovçuluq inanclarına görə ovçular həm fiziki, həm əxlaqi baxımdan təmiz olmalı, ova çıxan adam haram yeməməli, yalan danışmamalı və pislik etməməlidir. Ovçular öz fəlakətlərini və ya xoşbəxtliyini əvvəlcə yuxuda görürlər. Kumandıların əfsanələrində və Azərbaycan türklərinin ovçuluq miflərində, nağıllarında yuxu motivi vacibdir. Hekayələrin birində ovçu pis yuxu görər, yuxuda "ova gəlmə!" deyilər. Lakin ovçu yuxuya məhəl qoymaz və dostları ilə ova çıxar. Ovçu evdən çıxandan sonra birdən hava soyuyar, sel basar. Üç gündən sonra ovçunun cəsədi tapılar.Ovçular ov zamanı heyvanların adını çəkməz, onlara xüsusiyyətlərinə uyğun yeni ad verərlər. Azərbaycan türklərində həm ev, həm çöl heyvanlarına belə adlar verilir.
Balıq təsərrüfatı
Balıq təsərrüfatı — balıqları yetişdirib artıran, sonra isə onlardan tutub istifadə edən təsərrüfat. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Dünya təsərrüfatı
Kənd təsərrüfatı
Kənd təsərrüfatı — bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılması prosesi.
Meşə təsərrüfatı
Meşə təsərrüfatı — istehsal sahəsi: meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədi ilə meşələrdən səmərəli istifadə olunmasını təmin edir. Meşə təsərrüfatı meşədən odun, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. Meşə təsərrüfatının əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. == Meşə təsərrüfatının kimyalaşdırılması == Meşə təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; Meşə təsərrüfatı kimyalaşdırılması özündə aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.
Su təsərrüfatı
Su təsərrüfatı – Su ehtiyatlarının öyrənilməsi, uçotu, kompleks istifadəsinin planlaşdırılması, yeraltı və yerüstü suların çirklənməsinin və azalmasının mühafizəsi ilə məşğul olan xalq təsərrüfatı sahəsi. Su təsərrüfatınin əsas vəzifəsi xalq təsərrüfatının bütün sahələrini zəruri miqdarda keyfiyyətli su ilə təmin etməkdir. Su təsərrüfatının ən əsas məsələlərindən biri də su hövzələrini sənaye və məişət suları ilə çirklənməkdən qorumaqdır. == Su təsərrüfatı kadastrı == Xalq təsərrüfatının müxtəlif sahələrində sudan istifadə vəzifəsi, miqdarı və formasına uyğun olaraq su resursları üzrə məlumatların toplanması.
Ailə-kəndli təsərrüfatı
Ailə-kəndli təsərrüfatı - ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının və satılmasının) birgə həyata keçirilməsi . == Fəaliyyətin hüquqi və təşkilati əsasları == Ailə-kəndli təsərrüfatı fəaliyyətinin hüquqi və təşkilati əsasları 2005-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının “Ailə- kəndli təsərrüfatı haqqında” Qanunu ilə tənzimlənir. Bu Qanunun məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünü məşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir. Ailə-kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Ailə-kəndli təsərrüfatı fiziki şəxs kimi fəaliyyət göstərir və bu fəaliyyət sahibkarlıq hesab edilmir. Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər, ev və bağçılıq təsərrüfatları ailə-kəndli təsərrüfatına aid edilmir. === Təsərrüfatın statusunu müəyyən edən əsas amil === Ailə-kəndli təsərrüfatının statusunu müəyyən edən amillərdən biri ailə başçısının təsərrüfatda çalışmasıdır və bu təsərrüfat onun əsas iş yeri olmalıdır. Ailə başçısı kənarda çalışarsa, həmin təsərrüfat ailə-kəndli təsərrüfatı hesab olunmur və öz statusunu itirir. Ailə-kəndli təsərrüfatı onun hər bir üzvü üçün maliyyə vahidinin 2000 misli miqdarında müəyyən edilmiş illik dövriyyəsinin yuxarı həddini keçdikdə və sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda da öz statusunu itirir. Bələdiyyələr öz ərazilərində olan ailə-kəndli təsərrüfatının uçotunu aparır və təsərrüfatın üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqə verir.
Albaniyada kənd təsərrüfatı
Albaniyada kənd təsərrüfatı — Albaniya iqtisadiyyatının aparıcı sahələrindən biri. == Mövcud vəziyyəti == Albaniyanın kənd təsərrüfatı ölkənin daxili tələbatını ödəmir. Xüsusilə də 2000-ci illərin əvvəlində sovxoz və kolxozlar ləğv olunduqdan, torpaq və avadanlıq özəlləşdiriləndən sonra torpaq sahələrinin xırda sahələrə bölünməsi və avadanlıq çatışmazlığı kənd təsərrüfatındakı səmərəni daha da azaltmışdır. == Torpaqları == Ölkə ərazisinin 21%-ini suvarılan torpaqlar, 15%-ini otlaqlar tutur. == Əkinçilik == Əsas kənd təsərrüfatı bitkiləri buğda və qarğıdalıdır. Suvarılan torpaqların yarısında taxıl əkilir. Darı, şəkər çuğunduru, günəbaxan, kartof, tərəvəz, meyvə, üzüm, zeytun da becərilir. Bu sahədə əsas problemlərdən biri quraqlıqdır ki, o da əkinçiliyə ciddi ziyan vurur. Əkilən sahələrin yalnız yarıya qədəri suvarılır. == Heyvandarlıq == Heyvandarlıqda başlıca ənənəvi sahə qoyunçuluqdur.
Azərbaycanda kənd təsərrüfatı
Azərbaycanda kənd təsərrüfatı — Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri. 2006-cı ildə kənd təsərrüfatında bütün məşğul əhalinin 39,1%-i cəmləşmişdir. Azərbaycanda istehsal edilən ÜDM 5,7 % (2012). kənd təsərrüfatının payına düşür. 2014-cü ildə respublikada ÜDM-də kənd təsərrüfatının payı 5.3% olduğu halda, 2015-ci ildə bu rəqəmin 6.2% təşkil etmişdir. 2015-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5635,3 milyon manat olmuşdur. 2015-ci ildə 2999,0 min tona yaxın taxıl istehsal olunmuş, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz çoxdur. Həmçinin 2015-ci ildə sahələrdən 839,8 min ton və ya əvvəlki ilə nisbətən 2,5 faiz çox kartof, 1273,3 min ton və ya 7,2 faiz çox tərəvəz, 484,5 min ton və ya 9,9 faiz çox bostan məhsulları, 886,3 min ton və ya 4,2 faiz çox meyvə və giləmeyvə, 578,9 ton və ya 22,1 faiz çox yaşıl çay yarpağı, 157,0 min ton və ya 6,3 faiz çox üzüm yığılmışdır. 2015-ci il ərzində ölkədə diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 17,0 min ton yun və 1538,6 milyon ədəd yumurta istehsal edilmişdir. 2014-cü illə müqayisədə 2015-ci ildə ət istehsalı 2,0 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı isə 1,4 faiz artmışdır.
Başqırdıstanda kənd təsərrüfatı
Başqırdıstanda kənd təsərrüfatı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının iqtisadiyyatının bir hissəsini təşkil edən əsas təsərrüfat sahələrindən biri. 2011-ci ilin məlumatlarına görə Başqırdıstanda kənd təsərrüfatı ümumi məhsulunun dəyəri 130,9 mlrd. rubl olmuşdur. Həmin göstəricidə heyvandarlıq məhsulu üstünlük 55,3%-lə təşkil edirdi. Kənd təsərrüfatı yerlərinin ümumi sahəsu 71,6 min km2 idi ki, bu da bütün ölkə sahəsinin 50%-ə qədəri deməkdir. Bunun da 52,7%-i şum yeridir. Kənd təsərrüfatının inkişafına əlverişli aqroiqlim şəraiti, ilk növbədə münbit torpaqlar imkan verir. Münbit torpaqlar olan qara torpaqlar və boz meşə torpaqları Başqırdıstan ərazisinin 60%-ini tutur. Ölkədə yem bitkiləri, taxıl (buğda, çovdar, arpa, yulaf), texniki bitkilər (şəkər çuğunduru, günəbaxan), kartof və tərəvəz əkilir. Heyvandarlıq ətlik-südlük heyvandarlıq, donuzçuluq, quşçuluq, ətlik-yunluq qoyunçuluq ilə təmsil olunmuşdur.
Belarusda kənd təsərrüfatı
Belarusda kənd təsərrüfatı— ölkə iqtisadiyyatının əsas sahələrindən biri hesab olunur. Kənd təsərrfatına yararlı yerlərin sahəsi 9,11 mln. hektardır (ölkə ərazisinin 43,9%-i), o cümlədən 6,1 mln. ha (67%) əkinyeri, 2,8 mln. ha (31%) – biçənək və otlaqlardır. == Bitkiçilik == Bitkiçilik məhsulları üstünlük təşkil edir (2010-cu il də 55,2%). Çovdar, arpa, buğda, kartof, tərəvəz, şəkər çuğunduru, kətan və s. bitkilər becərilir. Həddindən artıq rütubətli torpaqların meliorasiyası vasitəsilə k.t. yerləri çoxaldılır.
Gürcüstanda kənd təsərrüfatı
Gürcüstanda kənd təsərrüfatı — Gürcüstan iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri. Ümumilikdə ölkə ərazisinin 16 % kənd təsərrüfatı üçün yararlıdırGürcüstanda kənd təsərrüfatı məhsullarınln böyük qismi bağ sahələrində kənd tipli fermalarda istehsal edilir. Aqrar təsərrüfatların böyük əksəriyyətində işlər əl ilə görülür. İstehsalda kənd təsərrüfatının payı olduqca aşağıdır. Buna ramən ölkə əhalisinin 50 % kəndlərdə yaşayır. Bu istehsal cəmi ÜDM 12 % təşkil edir. 2007-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1,51 mld dollar təşkil etmişdir. 2008-ci ildə bu rəqəm 2,42 mld lari olmuşdur. Bitkiçilik məhsullarının həcmi 998 mln ları, heyvandarlıq məhsullarının istehsal həcmi 1,35 mld lari, kənd təsərrüfatı xidmətləri isə 65 mln lari təşkil etmişdir. == Tarixi == === SSRİ tərkibində === Sovetləşmə dönəmində Gürçüstan kənd təsərrüfatı kollektivləşdirilmişdir.
Kənd Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. == Tarixi == 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
Kənd təsərrüfatı aviasiyası
Kənd təsərrüfatı aviasiyası — mülki aviasiya sahəsi. Kənd təsərrüfatı aviasiyasından bitkilərin mühafizəsi, alaq otları ilə mübarizə, torpağa mineral gübrə verilməsi, təyyarə ilə ot əkini və s.-də istifadə edilir. == Xüsusiyyətləri == Bitkilərin becərilməsində aviasiya vasitələrindən istifadənin üstünlüklərinə vaxta qənaət olunması, əmək sərfinin aşağı salınması, zəhərli kimyəvi maddələr və gübrə sərfinin azalması, çətin keçilən sahələri becərməyin mümkünlüyü, bitkilərin mexaniki zədələnməməsi, torpağın bərkiməsi ehtimalının aradan qalxması və s. aiddir. Kənd təsərrüfatı aviasiyasından istifadənin catışmayan cəhəti onun meteoroloji şəraitdən asılılığıdır. == Tarixi == SSRİ-də bu məqsədlə An-2, An-2M, Yak-12 təyyarələrindən və Mİ-1, Mİ-2, Ka-26 və Ka-15 vertolyotlarından istifadə olunurdu. Maye pestisidləri ciləmək, mineral gübrələri səpmək və s. üçün bunlarda xüsusi aparatlar quraşdırılırdı. Bitki zərərvericilərinə və xəstəliklərinə qarşı mübarizədə sahələr 5–10 metr yüksəklikdən, alaq otları ilə mübarizədə (yazda aqroqaydalarla müəyyən olunmuş müddətdə) 5–6 metr yüksəklikdən dərmanlanırdı. Tozvarı gübrələr 10–20 metr, dənəvər gübrələr isə 30–50 metr yuksəklikdən səpilirdi.
Kənd təsərrüfatı coğrafiyası
Kənd təsərrüfatı coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsidir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi problemləri, onun amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsinin xalq təsərrüfatının istehsal sahələrinin, ilk növbədə sənayenin yerləşdirilməsindən əsas fərqi burada istehsalın təbii şəraitlə əlaqədar olması, torpağın başlıca istehsal vasitəsi kimi istifadə edilməsindədir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi ayrı-ayrı zona və regionların təbii-iqtisadi şəraitini nəzərə almaqla həyata keçirilir, torpaq, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə etməyə, sənayenin xammala, əhalinin ərzaq məhsullarına olan təlabatını ödəməyə yönəldilir.
Kənd təsərrüfatı iqtisadiyyatı
Kənd təsərrüfatı iqtisadiyyatı — qida və lif istehsalını və paylanmasını optimallaşdırmaq üçün iqtisadi nəzəriyyənin tətbiqi ilə əlaqəli tətbiq olunan bir iqtisadiyyat sahəsidir. Kənd təsərrüfatı iqtisadiyyatı, xüsusilə torpaq istifadəsi ilə məşğul olan və yaxşı torpaq ekosistemini qoruyarkən məhsullarını maksimum dərəcədə artırmağa yönəlmiş iqtisadiyyatın bir qolu olaraq başladı. XX əsrdə intizam genişləndi və intizamın mövcud əhatə dairəsi daha genişdir. Kənd təsərrüfatı iqtisadiyyatı bu gün ənənəvi iqtisadiyyatla böyük ölçüdə üst-üstə düşən bir çox tətbiq sahəsini əhatə edir. Kənd təsərrüfatı iqtisadçıları iqtisadiyyat, ekonometriya, inkişaf iqtisadiyyatı və ətraf mühitin iqtisadiyyatı sahəsindəki araşdırmalara əhəmiyyətli töhfələr vermişlər. Kənd təsərrüfatı iqtisadiyyatı qida siyasətini, əkinçilik siyasətini və ətraf mühit siyasətini təsir edir. == Yaranması == İqtisadiyyat, qıtlıq şəraitində resursların bölüşdürülməsinin öyrənilməsi kimi müəyyən edilmişdir. Kənd təsərrüfatı iqtisadiyyatı və ya kənd təsərrüfatı istehsalçılarının verdiyi qərarları optimallaşdırmaq üçün iqtisadi metodların tətbiqi 20. əsrin əvvəllərində önə çıxdı. Kənd təsərrüfatı iqtisadiyyatı sahəsi yenidən torpaq iqtisadiyyatı üzərində işləyir.
Kənd təsərrüfatı kommunası
Kənd təsərrüfatı kommunası — SSRİ hakimiyyətinin ilk illərində meydana gələn kənd təsərrüfatı istehsalatı kooperasiyası formalarından biri. Kənd təsərrüfatı kommunasında istehsalın butun vasitələri (tikililər, xırda avadanlıq, qaramal) və məişət xidməti tamamilə i timai təsərrüfata əsaslanırdı. Bölgü əməyə görə yox, ailə üzvlərinə gərə aparılırdı. Kənd təsərrüfatı kommunası üzvlərinin şəxsi həyətyanı təsərrüfatları yox idi. Kənd təsərrüfatı kommunası başlıca olaraq kecmiş mulkədar və monastır torpaqlarında təşkil edilirdi. Dövlətdən müftə olaraq torpaqdan başqa, yaşayış və təsərrüfat tikililəri, avadanlıq və s. yardım alırdı. 1920-ci illərin sonu–1930-cu illərin əvvəlində kənd təsərrüfatı kommunası kolxozlara çevrilmişdir.
Kənd təsərrüfatı kooperasiyası
Kənd təsərrüfatı kooperasiyası — kooperasiya növü. Bu, birlikdə məhsul istehsal etmək, yaxud digər fəaliyyət növlərini (məhsul emalı və satışı, istehsal vasitələri ilə təchizat və s.) icra etmək üçün kənd təsərrüfatı məhsulları istehsalcılarını birləşdirir. XIX əsrin birinci yarısında Qərbi Avropa, XIX əsrin ikinci yarısında Şərqi Avropa ölkələrində və Rusiyada yaranmışdır. Kənd təsərrüfatı kooperasiyası inkişaf etmiş bir çox kapitalist ölkəsində mürəkkəb sosial-iqtisadi orqanizmə çevrilərək kənd təsərrüfatı məhsulları istehsalını, emalını, saxlanılmasını, realizəsini, kənd təsərrüfatının kreditlətdirilməsini, kənd təsərrüfatı üçün istehsal vasitələri istehsalını və s. əhatə edir. Kənd təsərrüfatı kooperativləri çox zaman öz fəaliyyətlərini şaquli inteqrasiya əsasında qururlar. Kənd təsərrüfatı kooperasiyası daha cox Skandinaviya ölkələrində, Niderland, İslandiya və Yaponiyada inkişaf etmişdir. Bu ölkələrdə kənd təsərrüfatı kooperativləri kənd təsərrüfatının kreditləşdirilməsində mühüm rol oynayır, yeyinti sənayesində, topdan ticarətdə, mineral gübrələr, bir sıra kənd təsərrüfatı texnikası istehsalında və s. hakim mövqə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Cobia, David, editor, Cooperatives in Agriculture, Prentice-Hall, Englewood Cliffs, NJ (1989), p.
Kənd təsərrüfatı maşınqayırması
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. == Tarixi == Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır.İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır. Altayda, Özbəkistan SSR-də, Qazaxıstan SSR-də və s.
Kənd təsərrüfatı tarixi
Kənd təsərrüfatı — əhalinin yaşayış vasitələri (ilk növbədə qida) ilə təmin olunmasına və bir sıra sahələr üçün xammal əldə edilməsinə yönəlmiş iqtisadiyyatın bir sahəsi. Kənd təsərrüfatı dünyanın müxtəlif yerlərində müstəqil olaraq başlamış və müxtəlif qayda, qurğuları özündə cəmləşdirirdi. Köhnə və Yeni dünyanın ən azı on bir ayrı bölgəsi mədəni bitkilərin mənşə mərkəzləri kimi iştirak edirdi. Yabanı taxıl ən az 105.000 il əvvəl toplanmış və yeyilmişdir. Lakin,əhliləşdirmə çox sonra baş vermədi. Eramızdan əvvəl IX minillikdən ildən başlayaraq, neolit dövrünün səkkiz səpin məhsulu — emmer buğda,təkdənli buğda,adi arpa,əkin noxudu,mərcimək,kürüşnə,qoyunnoxudu və adi kətan — Levantda becərilirdi. Əkin çovdarı daha əvvəl becərilmiş ola bilər, lakin bu mübahisəli olaraq qalır. Düyü,6200 il bundan əvvəl Çində mədəni bitkiyə,5700 il bundan öncə erkən əkinçilikdə, maş lobya,soya və fasol lobya mədəni bitki halına gətirilib. Donuzlar Mesopotamiyada e.ə. XI minillikdə, təqribən e.ə.
Kənd təsərrüfatı texnikası
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. == Tarixi == Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır.İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır. Altayda, Özbəkistan SSR-də, Qazaxıstan SSR-də və s.
...ру́нный визуа́льно го́споди Ису́се дието́лог кара́кульки колду́н мелкова́то опле́чь подпи́сываться тарато́рка хард цикли́ческий экстралингвисти́ческий пя́титься biosciences encyclopedia foreign balance periderm pyrolysis shakable uroscopy weeshy wiggin промывание разлёживаться